Tərkibi:
10 kq yaşıl bibər
4 kq yumşaq pomidor
1.5 stəkan su
1 stəkan günəbaxan yağı
1 stəkan üzüm sirkəsi
1 stəkan xalis bal
9 dilim sarımsaq
duz ,istiot
Hazırlanması:
Əvvəlcə pomidorun qabığını soyuruq, xırda-xırda doğrayırıq.Sonra iri qazana bal,sirkə,pomidor, günəbaxan yağı, və su əlavə edib qarışdırırıq.
Qaynar qazana toxumları çıxardılmış bibər qatıb,qaynadın.Sonra marinadı azca soyuduruq.
Bankaları sterilizə edirik,içinə bibərləri,sarımsaqları yığırıq.Sonra marinadı bibərlərin üstünə tökürük,Lakin bankanın başında azca yer buraxın.10 dəqiqə pasterizə edib,ağzını bağlayın.
0 коммент.:
Отправить комментарий