Axtarıram...
четверг, 28 марта 2013 г.

Sarıkök


Sarıkök çoxillik bitki cinsidir. Yarpaqları iri,lansetvari və ya uzunsovdur. Çiçəkləri sıx, sünbülvari çiçək qrupunda yerləşır. Kök sistemi yumurta və barmaq formasında kökümsovlardan və tellərdən ibarətdir. Sarıkök ədviyyat kimi 2,5 min ildən artıqdır ki, məlumdur. Onun 50-dən artıq növü var. Əsasən tropik Asiya, qismən də Şimali Avstraliyada və tropik Afrikada, Cənubi Amerikada becərilir. Sarıkökün kökümsovundan efir yağı, ədviyyat, dərman və boyaq alınır. Şərq ölkələrində qədimdən məlumdur. Azərbaycana 1971-ci ildə gətirilmiş, 1976-cı ildən Azərbaycanda becərilir. Narın(xırda-xırda)döyülmüş kökümsovları Azərbaycan kulinariyasında bəzi xörəklərin (plov,piti)şirniyyat məhsullarının hazırlanmasında da ədviyyat və s... kimi istifadə olunur. Xalq təbabətində, eləcə də bir sıra içki növlərində xüsusən şərbətlərə ətir və rəng vermək üçün istifadə olunur. Sarıkök,adətən toz halında işlədilir. Ondan alınan boyaqdan parçaların boyanmasında pendirə, kərə yağına rəng vermək üçün də istifadə edilir.

Bölüşün:

0 коммент.:

Отправить комментарий