Axtarıram...
четверг, 28 марта 2013 г.

Qırmızı istiot

Qırmızı istiot birillik tərəvəz bitkisidir. Yarpaqları xırda, lansetvari, meyvəsi qırmızı, sarı, bənövşəyi və s... rəngdə olur. Acı istiotun əsas təsir edici maddəsi alkaloid xassəli kapsaisindir. Kapsaisin  kəskin yandırıcı təsirə malikdir. Qırmızı istiotun meyvəsində kapsaisindən başqa efir yağı, şəkər, vitaminlər və s... vardır. Təbabətdə tərkibində acı istiod olan dərman revmatizm, malyariya və s... xəstəlik zamanı işlədilir, donvurmalarda sürtmə dərmanı kimi də istifadə olunur. Qurudulmuş meyvələri narın(xırda-xırda)halda bütün ədviyyatlar kimi istifadə olunur. Ondan həm təzə, həm də qurudulmuş halda pomidorun, xiyarın turşuya qoyulmasında istifadə olunur. Xırda meyvəli sortu otaq bitkisi kimi becərilir. Qırmızı istiot demək olar ki,dünyanın hər yerində ədviyyat, dərman bitkisi kimi əkilir, becərilir. 

Bölüşün:

0 коммент.:

Отправить комментарий