Ləvazimatlar:
20 kq ağ tut
1 litr su
Hazırlanması:
Tutun üzərinə su tökülüb 1 saat bişirilir. Sonra sıxılıb şirəsi çıxarılır. Alınan şirə enli qaba tökülür və 1 neçə saat (bəzən hətta 1 gün) az xodda qaynadılır. Ara bir üstünə çıxan köpük yığılır. Köpük daha çıxmırsa və şirə qaralmışsa deməli doşab hazırdır.
Doşab xəşil, quymaq şirin kələm dolması, halva və başqa Azərbaycan xörəklərində işlədilir.
0 коммент.:
Отправить комментарий