Tərkibi:
1.5 kq kök
1-1.5 kq soğan
1 kq qırmızı şirin bibər
3 baş sarımsaq
Yarım stəkan şəkər tozu
Duz,istiot
Hazırlanması:
Əvvəlcə soğanı soyuruq,sonra təmizləyirik.Soğandan sonra kökü təmizləyib yuyuruq. Soğanı xırda- xırda doğrayırıq, kökü isə sürtgəcdən keçiririk.
Qırmızı bibərlərin toxumunu çıxardırıq sonra yuyuruq və nazik- nazik doğrayırıq.
Sarımsağı isə bıçağın altına qoyub,əzin və xırdalayın.
Pomidorların qabığını soyub,yuyub mətbəx robotundan keçiririk. Sonra onları qazana əlavə edib,odda bişiririk. Qaynara düşəndə qapağını örtüb 1-1.5 saat bişiririk.Sonra düyünü yuyuruq, qazana əlavə edib 40-45 dəqiqə bişiririk. Sonra duz, istiot, sarımsaq, qarğıdalı yağı, kök, soğan və qırmızı bibəri əlavə edirik, yaxşıca qarışdırırıq. Sonra qazandan götürüb sterilizə edirik, bankalara yığırıq, ağzını bağlayırıq.
Sadıqova Aysel xanım , Qax şəhəriDigər Leço resptləri
0 коммент.:
Отправить комментарий