Ləvazimatlar:
Adambaşına - 200 qram qoyun əti
Buğda unu - 80 qram
Buğda unu - 80 qram
Baş soğan - 1 ədəd
Ərinmiş yağ - 25 qram
Yumurta - 1 ədəd
Qatıq -50 qram
Duz, istiot
Hazırlanması:
Gürzə üçün yumşaq qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir və ona duz, istiot vurularaq qarışdırılır və qızdırılmış tavada yağ içində qovrulur. Ələnmiş una duz, su vurularaq xəmir yoğrulub 1 mm qalınlıqda yayılır və bundan stəkanın ağzı ilə diametri 5 sm ölçüdə dairələr kəsilir.
Hazır qiymə həmin dairələrin ortasına qoyulub tikişi yuxarı və ucu açıq qalmaq şərti ilə bükülür. Bu qayda ilə hazırlanmış gürzə bulyonun içinə salınıb bişirilir. Gürzəüzə çıxanda bişmiş hesab edilir. Süfrəyə verilən zaman gürzəni süzgəclə qazandan götürmək lazımdır. Qablara düzülür, üstünə yağın və qiymənin qalan hissəsi tökülür. Sonra ayrıca qabda da qatıq qoyulur.

0 коммент.:
Отправить комментарий